Bakı Sağlamlıq Mərkəzinin kollektivi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürülmüşdür.

Qəhrəman Azərbaycan Ordusunun ərazi bütövlüyünün təmin olunması naminə erməni işğalçıları üzərində qazanılmaqda olduğu möhtəşəm zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, hər birimizə qələbə sevinci bəxş etməkdədir. Bakı Sağlamlıq Mərkəzi işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan Azərbaycan ordusuna dəstək olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna ianə toplanılmasını təşkil etdi. Bakı Sağlamlıq Mərkəzi kollektivi tərəfindən Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması vətəndaşlıq borcu hesab edilərək əmək haqqları hesabına Fonda 50 min manat məbləğində vəsait köçürülmüşdür. Bakı Sağlamlıq Mərkəzi rəhbərliyi və kollektivi Vətən müharibəsində böyük qələbələr əldə edən rəşadətli Azərbaycan ordusuyla qürur duyur! Qarabağ Azərbaycandır!

Diqər xəbərlər